Gürcüstanda ova gedib itkin düşən  83 yaşlı azərbaycanlının meyiti tapıldı
21 yanvar 2026 14:17 (UTC +04:00)

Gürcüstanda ova gedib itkin düşən 83 yaşlı azərbaycanlının meyiti tapıldı

0

Üç gün davam edən axtarışlardan sonra Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində itkin düşən 83 yaşlı Fərhad Namazovun meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, onun cansız bədəni bu səhər axtarış aparan yerli sakinlər tərəfindən Qızılhacılıda “Qaranlıq dərə” adlanan dağ yamacının ətəyində aşkarlanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, 83 yaşlı kişi yanvarın 18-də ov məqsədi ilə evdən çıxıb və qayıtmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar