Avstraliyada bir qadın toy ərəfəsində nişanlısının ona xəyanət etdiyini öyrənib və onu məhz mərasim zamanı ifşa edib.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, adının açıqlanmasını istəməyən qadın deyib ki, toyu ərəfəsində anonim mesaj alıb və həmin mesajda gələcək ərinin yazışmalarının ekran görüntüləri olub.
Həmçinin ona gələn mesajlarda kişinin sevgilisi ilə birlikdə səfərə getmək barədə razılaşdığı da qeyd olunub. Mesajların bir qismi bir neçə gün əvvəl göndərilib.
Rəfiqələri gəlinə mərasimi ləğv etməyi məsləhət görüblər, lakin o, başqa cür davranmağa qərar verib. Qadın qonaqlara müraciət edərək bildirib ki, toy olmayacaq, çünki nişanlısı özünü göstərdiyi kimi insan deyilmiş. Daha sonra o, telefonunu çıxarıb və nişanlısının sevgilisi ilə yazışmalarını ucadan oxuyub.
Kişi heç nə demədən kilsəni tərk edib, toyu baş tutmayan gəlin isə bir ziyafət təşkil edib.