Türkiyənin Mardin vilayətində Türkiyə bayrağına qarşı təxribat törədən 14 nəfər saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə ölkənin Ədliyyə naziri Yılmaz Tunç məlumat yayıb.
Nazir hazırda araşdırmaların davam etdirildiyini deyib.
Qeyd edək ki, yanvarın 20-də Mardin vilayətinin Nusaybin rayonunda naməlum şəxslər Türkiyə bayrağına qarşı təxribat törədərək, onu yarıyadək endiriblər. Hadisə Suriya tərəfdəki vəziyyətə etiraz məqsədilə keçirilən nümayişdən sonra baş verib.