“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası 3-cü turda “Ayaks”ı qəbul edib.
Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qarabağ” bundan əvvəl “Tottenhem”ə 0:3, “Malmö”yə isə 1:2 hesabıyla uduzub. “Ayaks” isə “Slaviya” ilə heç-heçə edib (1:1), “Beşiktaş”a isə qalib gəlib (4:0).