"Qarabağ" - "Ayaks" oyununun biletləri SATIŞDA
04 dekabr 2025 15:21 (UTC +04:00)

"Qarabağ" - "Ayaks" oyununun biletləri SATIŞDA

0

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Ayaks” (Niderland) oyununun biletləri satışa çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə “Qarabağ” futbol klubu məlumat yayıb.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 AZN, VIP sektorlar üzrə biletlərin qiyməti 200, 250, 300 və 400 AZN, VVIP sektorlar üzrə biletlərin qiyməti isə 1000 AZN təşkil edir.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, oyun 10 dekabr saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar