Yeni ilə hələ 1,5 ay qalmış, məşhur sənətçilərin çıxış edəcəyi bir sıra otellərdə rezervasiyalar artıq tükənib...
Lent.az yerli mediaya istinadla xəbər verir ki, Özcan Deniz, Ebru Gündeş, Candan Erçetin, Cenk Eren və Murat Dalkılıçın Antalyada səhnəyə çıxacağı oteldə 31 dekabr–3 yanvar tarixləri arasında 3 gecə qalmaq üçün ən aşağı qiymət iki nəfər üçün 77 min TL-dən (3 min AZN) başlayır. Otaq seçimindən asılı olaraq qiymətlər 160 min TL-yə (6400 AZN) qədər yüksəlir.
Bafradakı oteldə səhnə alacaq Tarkanın otelində bütün otaqlar dolub.
KKTC-də (Şimali Kipr Türk Respublikası) də bəzi otellərdə rezervasiyalar bağlanıb. KKTC-də səhnəyə çıxacaq məşhurlar arasında Derya Uluğ, Melek Mosso, Işın Karaca, Mahsun Kırmızıgül, Hadise, Zeynep Bastık, Gülşən, Ümit Yaşar, Nükhet Duru, Gökhan Tepe, İrem Derici və Koray Avcı yer alır.
Antalya və KKTC-dən başqa, Afyonkarahisarda Oğuzhan Koç və Hande Ünsal, Sarıkamışda Fedon, Sapancada isə Bülent Serttaş və Ferhat Göçer səhnəyə çıxacaq.