“Qarabağ” Avropanın  “beşliy”ində
21 aprel 2022 12:29 (UTC +04:00)

“Qarabağ” Avropanın “beşliy”ində

UEFA-ya üzv olan ölkələrin milli çempionatlarının yüksək liqasında keçirdiyi ev oyunlarında ən etibarlı müdafiəyə malik komandalar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, öz meydanında ən azı 5 matça çıxan elita klubları arasında “Qarabağ” da fərqlənib.

Azərbaycan Premyer Liqasının lideri 10 görüşdə cəmi 3 top buraxıb. Qurban Qurbanovun yetirmələrinin evdəki orta göstəricisi 0,3-dür.

Avropada yalnız 4 komanda daha yaxşı nəticəyə malikdir. Hazırda rekordçu “Jalgiris”dir. Litva çempionatı yaz-payız sistemi ilə təşkil olunduğundan cəmi 5 matça çıxan komanda hələ qol buraxmayıb.

Daha üç klub “Qarabağ”ı qabaqlayır. Bunlar “Seltik”, “Srvena Zvezda” və “Slaviya”dır.

1. “Jalgiris” (Litva) – 0 (0/5)

2-3. “Seltik” (Şotlandiya) – 0,25 (4/16)

“Srvena Zvezda” (Serbiya) – 0,25 (4/16)

4. “Slaviya” (Çexiya) – 0,27 (4/15)

5. “Qarabağ” (Azərbaycan) – 0,30 (3/10)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1752
avatar

Oxşar yazılar