Qadınlar arasında futbol üzrə dünya çempionatının finalında İspaniya və İngiltərə komandaları üz-üzə gəlib.
Lent.az-ın xəbərinə görə, İspaniya yığmasının üzvü Olga Carmona Garcia oyunun 29-cu dəqiqəsində komandasını önə çıxarıb.
İspaniyada Jenifer Hermoso oyunun 69-cu dəqiqəsində 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Beləliklə, İspaniya 1:0 hesabı ilə İngiltərəni məğlub edərək dünya çempionu olub.