“Qalatasaray”da maraqla gözlənilən seçki öncəsi gözlənilməz bir vəziyyət yaranıb.
Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, Begüm Özkan "Qalatasaray" prezidentliyinə namizədliyini açıqlamağa hazırlaşır. Keçmiş president Adnan Polatın və camiənin əhəmiyyətli qisminin ona dəstək verəcəyi də söylənilir.
Aprelin 30-da "Qalatasaray" klubunda keçiriləcək növbədənkənar president seçkiləri üçün namizədlər aprelin 8-nə qədər ərizələrini təqdim etməlidirlər.
Qeyd edək ki, indiyə qədər Mətin Öztürk və Əşrəf Hamamçıoğlu növbəti seçkilərdə prezidentliyə namizəd olacaqlarını açıqlayıblar.