Estoniyanın "Viymsi Smsraha" mini-futbol klubu baş məşqçisi, serb əsilli Vladimir Yovanoviçi Vladimir Putini ad günü münasibətilə təbrik etdiyinə görə istefaya göndərib.
Lent.az xarici mediaya istinadla xəbərinə görə, oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putinin 71-ci ad günündə Yovanoviç “Facebook” səhifəsində onun şəklini yerləşdirərək yazıb: "Ömrün uzun olsun, adadaş! Serblər və ruslar əbədi olaraq qardaşdırlar". Daha sonra o, paylaşımını silib və əməlindən peşman olduğunu bildirib.
"Səmimi qəlbdən, baş verənlərdən təəssüflənirəm. Dəyərli dərs aldım. Amma mənim fikrim mənim fikrimdir. Bu planetdə hər kəsin öz fikrini söyləmək hüququ var. Hər kəsin fikrinə hörmət edirəm, amma heç kim bu planetdə mənə nə düşünəcəyimi deyə bilməz, buna söz azadlığı deyilir, bu demokratiyadır”, - Yovanoviç deyib.