PSJ rəhbərliyinin Mbappedən  yeni istəyi
04 mart 2024 15:22 (UTC +04:00)

PSJ rəhbərliyinin Mbappedən yeni istəyi

PSJ rəhbərliyi hücumçu Kilian Mbappenin 2024-cü ilin yayında azad agent kimi komandadan ayrılacağı ilə razılaşıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla belə, klub hansısa maliyyə təzminatına ümid edir.

Mənbənin məlumatına görə, PSJ futbolçunun nümayəndələrindən maliyyə dəstəyi gözləyir. Daha əvvəl yazılıb ki, onlar Mbappenin parislilərin xeyrinə 80 milyon avroluq loyallıq bonusundan imtina edəcək.

Mətbuat fransalı futbolçu ilə “Real” arasında danışıqların hələ də davam etdiyini yazır.

Bu mövsüm hücumçu bütün yarışlarda 33 oyunda iştirak edib, 32 qol vurub və 7 məhsuldar ötürmə verib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3558
avatar

Oxşar yazılar