PSJ rəhbərliyi Messi ilə  barışdı
08 may 2023 12:57 (UTC +04:00)

PSJ rəhbərliyi Messi ilə barışdı

Fransanın hazırkı çempionu PSJ-nin rəhbərliyi və Lionel Messi argentinalının üzr istəməsindən sonra münasibətlərdəki gərginlik azalıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Argentina millisinin heyətində dünya çempionunun komandadan üzr istəməsinə rəhbərlik rəğbətlə yanaşıb. PSJ Fransa çempionatında uduzduqdan sonra razılaşdırmadan Ər-Riyada ğetdiyi üçün Messini iki həftəlik məşqdən və oyunlardan kənarlaşdırıb.

Səfər komandanın azarkeşləri tərəfindən argentinalıya qarşı tənqidlərə səbəb olub. Daha sonra Messi ictimaiyyətdən üzr istəyib və klubun qərarını qəbul etdiyini bildirib.

Bazar günü “The Times” qəzeti PSJ-nin Messiyə yeni müqavilə təklif etdiyini yazıb. Müqaviləsi bu mövsümün sonunda başa çatacaq argentinalıya həmçinin "Barselona", Amerikanın "İnter Mayami"si və Səudiyyə Ərəbistanının "Əl Hilal" klubları da iddia edir.

Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 20 qol vurub və 19 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392
avatar

Oxşar yazılar