PSJ prezidentindən  "Barselona" və "Real”a   ÇAĞIRIŞ
01 oktyabr 2023 14:48 (UTC +04:00)

PSJ prezidentindən "Barselona" və "Real”a ÇAĞIRIŞ

Avropa Klublar Assosiasiyasının (AEK) rəhbəri və PSJ klubunun prezidenti Nasser Al-Helaifi “Barselona” və “Real” liderlərinə müraciət edib. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, İspaniya komandalarını Avropa Super Liqası layihəsindən çəkilməyə çağırıb.

“Hazırda haqqında danışdığım hər iki klub çox yaxşı bilir ki, mən onların adlarını birbaşa çəkməyəcəm. Bununla belə, onlar yadda saxlamalıdırlar ki, biz onları yenidən AEK-də qəbul etməyə hazırıq. Mən onları ailələrinin yanına qayıtmağa çağırıram. "Yuventus" bunu daha əvvəl Super Liqadan imtina edərək etmişdi. Bunu etməlisiniz, çünki başqa seçim yoxdur.

Mən bu iki komandanın rəqibi deyiləm. Sadəcə olaraq, həmişə realist qalmaq və Super Liqanın hazırda utopik olduğunu başa düşmək lazımdır”, - PSJ prezidenti vurğulayıb.

Avropa Superliqasının ilk layihəsi 2021-ci ilin aprelində təqdim olunub. Daha sonra Avropanın 12 top-klubunun təsisçi komanda kimi turnirin daimi üzvü olacağı açıqlanıb. Bura İspaniyanın “Real”, “Barselona” və “Atletiko”, İngiltərənin “Arsenal”, “Çelsi”, “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul” və “Tottenhem”, həmçinin İtaliyanın “Milan”, “İnter”, “Yuventus” klubları daxildir.

Lakin azarkeşlərinin tənqidi fonunda doqquz komanda layihədə iştirakdan imtina edib. Nəticədə Superliqanın yaradılmasında yalnız “Real”, “Barselona” və “Yuventus” maraqlı qalıb. Daha sonra Turin klubu bu layihəni tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12714
avatar

Oxşar yazılar