PSJ onu  bu məbləğə   satmaq istəyir
10 avqust 2023 16:07 (UTC +04:00)

PSJ onu bu məbləğə satmaq istəyir

PSJ braziliyalı hücumçu Neymar üçün ən azı 150 milyon avro almaq istəyir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, daha əvvəl hücumçunun PSJ-dən ayrılmaq istədiyi bildirilirdi. Lakin parislilər onu satarkən maliyyə güzəştinə getmək istəmirlər. Neymarın hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Qeyd olunur ki, PSJ braziliyalı hücumçunun icarəyə götürülməsi variantını nəzərdən keçirə bilər, ancaq o şərtlə ki, müqavilədə 31 yaşlı oyunçunun bir ildən sonra məcburi satın alınması variantı yer alsın.

Mətbuat braziliyalının karyerasını Premyer Liqa, MLS və ya Səudiyyə Ərəbistanında davam etdirmək variantlarının olduğunu yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4962
avatar

Oxşar yazılar