“Yuventus”un vingeri Federiko Kyesa Səudiyyə Ərəbistanına keçməyə yaxın olan PSJ-də braziliyalı hücumçu Neymarı əvəz edə bilər.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, “Yuventus” 25 yaşlı italiyalını 50-60 milyon avroya buraxmağa hazırdır. Kyesanın turinlilərlə müqaviləsi daha iki ildir, lakin futbolçu “Yuventus”un hazırki mövqeyindən narazıdır. Federiko PSJ-yə keçid perspektivinə müsbət yanaşır, çünki bu, onun gəlirlərini artırmağa və Çempionlar Liqasında oynamağa imkan verəcək.
2022/2023 mövsümündə Kyesa “Yuventus”un heyətində bütün yarışlarda 33 oyuna çıxıb. Bu oyunlarda dörd qol və altı məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə oyunçunun təxmini dəyəri 40 milyon avrodur.