PSJ dünya çempionunu "Barselona"dan aldı - FOTO
12 avqust 2023 14:00 (UTC +04:00)

PSJ dünya çempionunu "Barselona"dan aldı - FOTO

“Paris Sen-Jermen”  “Barselona”nın fransalı hücumçusu Usman Dembeleni alıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 26 yaşlı futbolçu parislilərlə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. O, yeni klubunda 23-cü nömrə altında çıxış edəcək. Transferin məbləği barədə məlumat verilmir. Portal Transfermarkt onun dəyərini 60 milyon avro qiymətləndirir.

“PSJ-yə qoşulduğum üçün çox şadam. Ümid edirəm ki, burada irəliləyəcəyəm və azarkeşləri sevindirəcəyəm”, deyə Dembele bildirib. Hücumçu Fransa millisinin heyətində 2018-ci ilin dünya çempionudur. O, üçrənglilərin heyətində 37 matçda 4 qol vurub.

Dembele “Barselona”dan başqa “Renn” və Dortmund “Borussiya”sında da çıxış edib. O, Almaniya kubokunun sahibidir, iki dəfə İspaniya kubokunu və Superkubokunu qazanıb, həm də üç dəfə ölkə çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 27597

Oxşar yazılar

PSJ Çempionlar Liqasını qazandı

PSJ Çempionlar Liqasını qazandı

1 iyun 2025 , 01:03
"Sabah" Azərbaycan Kubokunun qalibi oldu

"Sabah" Azərbaycan Kubokunun qalibi oldu

31 may 2025 , 22:08
"Çelsi" 55 milyonluq hücumçuya 100 milyon  verir

"Çelsi" 55 milyonluq hücumçuya 100 milyon verir

31 may 2025 , 16:04
Dövrün ən güclü boksçularının  adını çəkdi

Dövrün ən güclü boksçularının adını çəkdi

31 may 2025 , 11:37
Qvardiola niyə özbək oyunçunu meydana buraxmır?  - Səbəbi bu imiş...

Qvardiola niyə özbək oyunçunu meydana buraxmır? - Səbəbi bu imiş...

31 may 2025 , 09:42
"Fənərbaxça" Duşan Tadiçlə  yollarını ayırdı

"Fənərbaxça" Duşan Tadiçlə yollarını ayırdı

30 may 2025 , 21:42
“Liverpul” bu futbolçu üçün 130 milyon  verir

“Liverpul” bu futbolçu üçün 130 milyon verir

30 may 2025 , 19:52
“Barselona”nın sabiq məşqçisi bu klubdan QOVULDU

“Barselona”nın sabiq məşqçisi bu klubdan QOVULDU

30 may 2025 , 17:42