"Problemi həll etməyəcək" - Millimizin baş məşqçisi
04 yanvar 2022 19:31 (UTC +04:00)

"Problemi həll etməyəcək" - Millimizin baş məşqçisi

“Avropa futbolu hara gedir? Futbol tıxanır, çox oynayır, az məşq edirik”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliya mətbuatına danışan 66 yaşlı mütəxəssis dünya futbolu ilə bağlı problemlərdən bəhs edib. De Byazinin fikrincə, FIFA-nın milli komandalar üçün daha çox zaman ayırmaq planı da çıxış yolu deyil: “Şübhəsiz ki, zədələr komandalar üçün ən böyük cəza ola bilər. Koronavirus pandemiyası ilə bağlı iqtisadi çətinlikləri də nəzərə alaraq, klubların daha böyük heyətlərə sahib olmağa çalışmaları əsas problemdir. Bu da müntəzəm oyunçu dəyişikliyinə səbəb olur. Hətta təqvimlərin bir hissəsini milli komandalara ayırmaq da problemi həll etməyəcək”.

Qeyd edək ki, Canni de Byazi ötən ilin sonlarında AFFA ilə müqavilə müddətini bu ilin oktyabrına qədər yeniləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1842
avatar

Oxşar yazılar