“Aston Villa”nın keçmiş futbolçusu Qabriel Aqbonlahor bu mövsüm Premyer Liqada ən pis transferlərin siyahısını açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, hazırda ən pis transferin Onana olduğunu deyib:
“Onana mövsümə necə başladığına görə siyahıdadır. Havertz hələ də uğursuz oyunçulardan ibarət komandanın kapitanıdır. Amma ən pisi Onanadır.
O, çox pisdir. Topu qəbul edərkən çox rahat görünür. Bu, dostlarla oynamaq kimidir. Əgər siz bu qədər rahatsınızsa və bəzən pis ötürmələr edirsinizsə, heç olmasa zərbələri dəf etməyi bacarın!
“Brentford”la matçda komandaya kömək etməli, “Bavariya” ilə görüşdə Sanenin qol vurmasının qarşısını almalı idi. O, forma alacaq, amma hələlik mən onu mövsümün ən pis transferi adlandırardım”.