Ukrayna Premyer Liqasında geridə qalan mövsümün kəşfləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, yerli KİV-in müəyyənləşdirdiyi 10 futbolçu arasında Azərbaycan millisinin üzvü Anatoli Nuriyev də var.
Həmkarlarımızın fikrincə, elitanı tərk edən “Minay” klubunun kapitanı parlaq çıxış sayəsində özünə yeni komanda tapmaqda çətinlik çəkməyəcək. 2020/21 mövsümündə Premyer Liqada 10 qola imza atan yarımmüdafiəçinin Ukraynada qalıb-qalmayacağı özündən asılı olacaq.
Onunla yanaşı, Vladislav Kulaç, Dmitri Riznık (“Vorskla”), İlya Zabarnı (“Dinamo”), Frane Çiryak (“Lvov”), Mario Çuje, Artyom Dovbik (“Dnepr-1”), Andrey Totovitski (“Desna”), Allahyar Sayadmaneş (“Zarya”) və Artyom Bondarenko (“Mariupol”) da mövsümün kəşfləri hesab edilirlər.