Poqba cəzasından DANIŞDI:  “Hər şey bitdi, artıq mövcud deyiləm”
25 iyun 2024 15:20 (UTC +04:00)

Poqba cəzasından DANIŞDI: “Hər şey bitdi, artıq mövcud deyiləm”

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba dopinqə görə diskvalifikasiyası ilə bağlı keçirdiyi emosiyalardan danışıb.

“Bitdi, mən artıq yoxam. Mən artıq kim olduğumu bilmirəm. Futbol mənim həyatım, həvəsimdi. İndi özümü itirmiş kimi hiss edirəm. Peşəkar karyeramda əldə etdiyim hər şey əlimdən alındı”, – Lent.az xarici mediaya istinadən bildirir ki, Poqba deyib.

31 yaşlı 2018-ci ilin dünya çempionu iki dopinq testindən keçə bilməyib və 2024-cü ilin fevralında dörd il müddətinə diskvalifikasiya edilib. Fransız nümunəsində testosteron səviyyəsinin çox yüksək olduğu müəyyən edilib.

Pol Poqba 2012-2016-cı illərdə "Yuventus"da çıxış edib və 2022-ci ilin yayında Turinə qayıdıb. 2023/24 mövsümündə yarımmüdafiəçi "Yuventus"un heyətində bütün yarışlarda cəmi 10 oyun keçirib və bir məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1956
avatar

Oxşar yazılar