“Yuventus”un sabiq baş məşqçisi Andrea Pirlo maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb.
Apasport.az saytının məlumatına görə, o, “Milan”da çıxış etdiyi zaman komanda yoldaşı Cennaro Qattuzo ilə inanılmaz mərcə girdiklərini söyləyib.
Pirlo 2007-ci ildə baş verən hadisəni indi açıqlayıb: “Bir dəfə mərc etdik. Qabıqsız çox böyük olan ilbizləri bilirsiz? Biz Cennaroya ilbizi diri-diri yeməyi təklif etdik. Əvəzində ona 10 min avro verəcəkdik. İlbizi götürüb uddu. Ondan sonra hamımızı öldürmək istədi”.
Qeyd edək ki, Cennaro Qattuzo 1999-2012, Andrea Pirlo isə 2001-2011-ci illərdə “Milan”ın formasını geyinib.