"Porto"nun veteran müdafiəçisi Pepe Çempionlar Liqasında qol vuran ən yaşlı futbolçu kimi adını tarixə yazdırıb
Apasport.az xəbər verir ki, 40 yaşlı futbolçu "Antverpen" ilə oyunda fərqlənib.
O, Çempionlar Liqasında 40 yaşdan sonra qol vuran ilk oyunçu olub. Pepe 90+1-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
Bu görüşdə Portuqaliya klubu 2:0 hesablı qələbə qazanıb. Pepe həm də Çempionlar Liqasında meydana çıxan ən yaşlı oyunçudur.
Qeyd edək ki, veteran futbolçu peşəkar karyerasına 22 il əvvəl, 2001-ci ildə başlayıb. O, “Real”da üç dəfə Çempionlar Liqasının qalibi olub.