Pele
04 dekabr 2022 11:16 (UTC +04:00)

Pele

Pelenin sağlıq durumu açıqlandı

Xəstəxanaya yerləşdirilmiş əfsanəvi braziliyalı futbolçu Pelenin durumu açıqlanıb.

Lent.az-ın xəbərinə görə, San-Pauladakı Albert Enşteyn Klinikasının məlumatında bildirilib ki, Pele hələ müalicə olunur, sağlıq durumu stabil olaraq qalır, respirator infeksiyayanın müalicəsinə yaxşı reaksiya verir.

Nəzərə çatdırılıb ki, son 24 saatda Pelenin səhhətində dəyişiklik qeydə alınmayıb.

Qeyd edək ki, bundan əvvəl bağırsaq xərçəngindən əziyyət çəkən əfsanəvi futbolçunun orqanizminin artıq kimyəvi terapiyaya reaksiya vermədiyi açıqlanmışdı.

Xatırladaq ki, üçqat dünya çempionu keçən həftə çərşənbə axşamı ödem və ürək çatışmazlığı ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Cümə axşamı klinikanın yaydığı məlumatda qeyd olunmuşdu ki, Pelenin durumu stabildir. Əfsanəvi futbolçunun qızı Keli də atasının səhhəti üçün təhlükə olmadığını bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2550
avatar

Oxşar yazılar