Dünya futbolunun canlı əfsanəsi Pele xəstəxanada müalicəsini davam etdirir.
Apasport.az saytının məlumatına görə, braziliyalını bu dəfə həkimlər evə buraxmırlar.
Buna səbəb üçqat dünya çempionunun sidik yollarında infeksiya aşkarlamasıdır. 81 yaşlı braziliyalı sentyabrda aşkar edilmiş şişinin müalicəsini davam etdirmək üçün fevralın 13-də San Paulodakı xəstəxanaya yerləşdirilib. Ancaq müayinələr zamanı infeksiya olduğu müəyyənləşdiyindən onun orada qalma müddətini uzadılıb.
Qeyd edək ki, Pele ötən il sentyabrın 4-də əməliyyat olunub.