Pekin-2022: Medal sıralaması açıqlandı
05 fevral 2022 02:14 (UTC +04:00)

Pekin-2022: Medal sıralaması açıqlandı

Pekin-2022 Qış Olimpiya Oyunlarında ən çox medal qazanacaq ölkələrlə bağlı proqnoz açıqlanıb.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, superkompüter yığmaların medal sıralamasını tərtib edib.

Proqnozlar Norveçin 1-ci olacağını göstərib. Skandinaviyalıların 44 medal alacağı gözlənilir – 21 qızıl, 13 gümüş, 10 bürünc.

Bu sıralamada Almaniya (11, 11, 8) ikinci, Rusiya (10, 12, 8) üçüncüdür. Hər iki yığmaya 30 medal “görünür”.

Avropa yığmalarını hərəyə 22 medal qazanacaq ABŞ (7, 7, 8) və Kanada (6, 6, 10) izləyir. “Top-10”da İsveçrə (6, 6, 9), Niderland (8, 10, 2), İsveç (7, 6, 6), Fransa (4, 7, 8) və Yaponiya (3, 7, 9) da yer alıb.

Qeyd edək ki, Pekinə 2 idmançı göndərən Azərbaycan yığması Qış Olimpiya Oyunlarında hər hansı uğura iddia etmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3882
avatar

Oxşar yazılar