Çinin “Beijing Guoan” klubunun futbolçusu Quo Jiaxuan Madriddə “Alkobendas”la yoldaşlıq görüşü zamanı zədələndikdən sonra bir həftədir ki, həyati dəstək xidmətindədir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 18 yaşlı futbolçu oyun zamanı öz dizi ilə başından zərbə alıb. Xəstəxanaya yerləşdirildikdən sonra ona kəllədaxili qanaxma və beyin ölümü diaqnozu qoyulub.
İspaniyalı həkimlər futbolçunun sağ qalma şansını çox aşağı qiymətləndirərək, onu həyati dəstək sistemlərindən ayırmağı planlaşdırıblar. Lakin Quo Jiaxuanın qohumları gəncin Çinə aparılması ilə bağlı razılığa gələ biliblər.