"Real"ın vingeri Vinisius Junior bütün karyerasını Madrid klubunda keçirmək niyyətində olduğunu açıqlayıb.
“Bu klubda oynamaq mənim üçün həmişə böyük şərəfdir. “Real” azarkeşləri ilə mənim bir-birimizə duyduğumuz bu sevgi...
"Real"da oynamaqdan çox xoşbəxtəm və bütün həyatım boyu burada oynamaq istəyirəm", - Lent.az xarici mediaya istinadən bildirir ki, Vinisius klubun mətbuat xidmətinə müsahibəsində deyib.
23 yaşlı braziliyalının "Real"la hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.