Bu il Tokioda keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunları və Paralimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar xarici ölkələrdən tamaşaçılar olmadan keçiriləcək.
APA-nın məlumatına görə, bu, Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Paralimpiada Komitəsinin qərarında əksini tapıb.
Videokonfrans formatında keçirilən tədbirdə bildirilib ki, Yaponiya sərhədlərindən kənarda oyunlara bilet alanlarla bağlı vəziyyətə də aydınlıq gətirilməsi üzərində iş aparılır.
Qeyd edək ki, Tokioda Olimpiya Oyunlarının 2020-i ilin iyul-avqust ayarında keçirilməsi planlaşdırılsa da, pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Oyunlar 2021-ci il 23 iyul—8 avqust tarixləri aralığında keçiriləcək. Eyni zamanda Olimpiya Oyunlarının “Tokio-2020” adı da saxlanılıb.