Yunis Hüseynov
02 dekabr 2021 13:56 (UTC +04:00)

Yunis Hüseynov

"O qədər məşqçimiz var ki, elə bil hamısı qırılıb" - Yunis Hüseynov

“Millinin baş məşqçi postuna kimlərinsə namizəd kimi adının çəkilməsi boş şeylər idi”.

Bunu Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov apasport.az saytına açıqlamasında Canni de Byazinin baş məşqçi postunda saxlanılmasına münasibət bildirərkən deyib.

56 yaşlı mütəxəssis AFFA İcraiyyə Komitəsinin bugünkü qərarının yerində olduğunu düşünür: “De Byazinin qalması doğru qərardır. Onsuz da, yerli məşqçi təyin olunmayacaqdı. Başqa əcnəbi gətirməkdənsə, de Byazini saxlamaq düzgün idi. Çünki yeni məşqçi il yarım vaxt istəyəcəkdi. Ondan sonra da deyəcəkdi ki, komandaya indi öyrəşirəm. Həmişə belə olub. Mətbuatda yazılanlara əsasən, de Byazi maaşının yarıya endirilməsinə də razı olub. Bu mənada italiyalı ilə bağlı qərarı doğru hesab edirəm”.

Hüseynov AFFA-nın yerli mütəxəssislərlə çalışmaq istəmədiyini də etiraf edib. O, milliyə azərbaycanlı məşqçinin gətirilməyəcəyini öncədən bildiyini söyləyib: “Yerli məşqçiyə etimad göstərilməyəcəyinə əmin idim. Çünki onların azərbaycanlı mütəxəssislərə heç vaxt inamları olmayıb. Əvvəllər Ağasəlim Mircavadov, Əsgər Abdullayev, Kazbek Tuayev, Vaqif Sadıqov, Şahin Diniyev işləyib. Açığı, o vaxt heç ağlımdan da keçməzdi ki, milliyə əcnəbi məşqçi gətiriləcək. Bizim o qədər məşqçimiz var ki, elə bil hamısı ölüb, qırılıb. Sadəcə, deyirlər ki, biz yerli mütəxəssislərlə işləmək istəmirik, sizlik deyil”.

Qeyd edək ki, AFFA Canni de Byazi ilə müqavilə müddətini 2022-ci ilin oktyabrına qədər uzadıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2025
avatar

Oxşar yazılar