"Nyukasl" hücumçusunu icarəyə verdi
20 yanvar 2023 22:42 (UTC +04:00)

"Nyukasl" hücumçusunu icarəyə verdi

Yeni Zelandiya millisinin və "Nyukasl"ın hücumçusu Kris Vud icarə əsasında "Notinqem Forest"ə keçib.

Lent.az xəbər verir ki, icarə müqaviləsi cari mövsümün sonuna qədər hesablanıb. Müəyyən şərtlər daxilində 2024-cü ilin yayına qədər məcburi alış və müqavilənin imzalanması da nəzərdə tutulub.

"Sky Sports"a görə, məcburi satınalma aktivləşdirilərsə, "Notinqem Forest" bu transferə 15 milyon funt sterlinq xərcləyəcək.

Qeyd edək ki, 31 yaşlı Kris Vud ötən ilin yanvarında 25 milyon funt-sterlinqə "Bernli"dən "Nyukasl"a keçib. Hücumçu "sağsağanlar"da 39 oyun keçirib və 5 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1722
avatar

Oxşar yazılar