Fransanın PSJ futbol klubu yay transfer pəncərəsində braziliyalı hücumçu Neymarı 90 milyon avroya sata bilər.
Lent.az bildirir ki, bu barədə AS məlumat yayıb.
Mənbənin sözlərinə görə, parislilərin rəhbərliyi heyəti yeniləmək niyyətindədir.
PSJ-nin 30 yaşlı braziliyalını satmaqdan 132 milyon avro itirə biləcəyi təxmin edilir, çünki o, rekord qiymətə 222 milyon avroya alınıb. Eyni zamanda, futbolçunun özü də komandada qalmaq və 2025-ci ilin yayına qədər olan hazırkı müqaviləsini başa vurmaq istəyir.
Martın 11-də artıq PSJ-nin Neymarı satmağı düşündüyü bildirilib. Komandanın sahibi, Qətər əmiri Tamim bin Hamad Əl Tani mövsümün son görüşlərində özünü göstərə bilməyən braziliyalının oyunundan narazı qalıb.
Neymar 2017-ci ilin yayından PSJ-də çıxış edir. Komandanın tərkibində hücumçu dörd dəfə Fransa çempionu, üç dəfə ölkə kubokunun qalibi olub.