Neymarın "Əl-Hilal"dan ayrılacağı ilə bağlı xəbərlərə agentindən AÇIQLAMA
18 noyabr 2024 14:23 (UTC +04:00)

Neymarın "Əl-Hilal"dan ayrılacağı ilə bağlı xəbərlərə agentindən AÇIQLAMA

Futbol agenti Pini Zahavi bildirib ki, “Əl-Hilal”ın hücumçusu Neymar Səudiyyə Ərəbistanı komandasını tərk etmək fikrində deyil. 

Lent.az bildirir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.

Bundan əvvəl Braziliya mətbuatında 32 yaşlı braziliyalının bu ayın sonunda “Santos”a keçməyə razılıq verdiyi barədə məlumatlar yayılıb.

“Neymarın “Əl-Hilal”dan ayrılması ilə bağlı heç bir danışıqlar aparılmayıb. Onun müqaviləsi var və orada xoşbəxtdir. Hücumçunun gələcəyi haqqında yalnız Neymarın atası və mən danışa bilərik. Son şayiələrin haradan gəldiyini bilmirəm”, - Zahavi bildirib.

Neymarın rəsmi agenti atası Neymar Zahavi həmçinin braziliyalının işlərinin idarə edilməsində mühüm rol oynayır və həmçinin Səudiyyə Ərəbistanı çempionatında bir neçə oyunçunun, o cümlədən Aleksandr Mitroviç (“Əl-Hilal”), Qabri Veyqa (“Əl-Əhli”) və Yannik Ferreyra Karraskonun (“Əl-Şabab”) maraqlarını təmsil edir. 

Neymar 2023-cü ilin yayında PSJ-dən 90 milyon avroya "Əl-Hilal"a keçib. Braziliyalı Səudiyyə Ərəbistanı klubunda 7 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Daha əvvəl bildirilmişdi ki, bütün bonuslar və reklam müqavilələri nəzərə alınmaqla, Neymar Səudiyyə Ərəbistanında ildə təxminən 200 milyon avro qazanır. Onun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir.

“Əl-Hilal” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlinə başçılıq edir və “Əl-İttihad”ı 1 xal qabaqlayır. Noyabrın 23-də Ər-Riyad komandası səfərdə “Əl-Xalic”lə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930
avatar

Oxşar yazılar