Braziliya millisinin və PSJ-nin ulduz futbolçusu Neymarın keçmiş sevgilisi Yekaterina Səfərova yenidən diqqət mərkəzinə düşüb.
Apasport.az saytının məlumatına görə, rus model Timatının “Subay” şousuna qatılıb.
2020-ci ildə PSJ-nin oyunlarını canlı izləyən və Neymarla ad günü də daxil olmaqla bir sıra tədbirlərdə görünən Yekaterina şoularda çəkilməsi ilə məşhurlaşıb. Məhz İspaniyadakı “Vəsvəsələr adası” şousundan sonra rus gözəlcə Neymarla tanış olub. Böyük ehtimalla Səfərova növbəti şouda növbəti sevgisini tapmaq arzusundadır.