Neymar Ərəbistan çempionatını tərk edir  - SƏBƏB
26 sentyabr 2023 10:52 (UTC +04:00)

Neymar Ərəbistan çempionatını tərk edir - SƏBƏB

Braziliyalı hücumçu Neymar Səudiyyə Ərəbistanı çempionatını tərk edə bilər.

Lent.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Saytın məlumatına görə, Neymar 2026-cı ildə keçiriləcək növbəti dünya çempionatında iştiraka adekvat hazırlaşmaq üçün növbəti mövsümün sonunda Braziliyanın “Santos” klubuna qayıtmaq niyyətindədir.

Qeyd olunur ki, Neymarın ətrafı onun “Əl-Hilal” ilə dörd illik deyil, bir illik müqavilə imzaladığını iddia edir.

Həmçinin bildirilir ki, Neymar 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının başlamasına bir il qalmış kluba qayıtmaq xahişi ilə “Santos”a şəxsən müraciət edib.

Xatırladaq ki, Neymar yay transfer pəncərəsində “Əl-Hilal”a keçib. Bu mövsüm o, klubda üç oyun keçirib və iki məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14133
avatar

Oxşar yazılar

Tarixin ən yaxşı  10 qapıçısı - SİYAHI

Tarixin ən yaxşı 10 qapıçısı - SİYAHI

19 iyul 2024 , 12:52
La Liqada ən çox maaş alan  futbolçu açıqlandı - Mbappe deyil

La Liqada ən çox maaş alan futbolçu açıqlandı - Mbappe deyil

19 iyul 2024 , 11:19
"Barselona" bombardiri  alır - kimi satacaq?

"Barselona" bombardiri alır - kimi satacaq?

19 iyul 2024 , 09:35
Formula-1-in 13-cü mərhələsi Macarıstanda başlayır

Formula-1-in 13-cü mərhələsi Macarıstanda başlayır

19 iyul 2024 , 05:17
"Zirə" Avropa Liqasında mübarizəni DAYANDIRDI

"Zirə" Avropa Liqasında mübarizəni DAYANDIRDI

18 iyul 2024 , 22:54
Mbappe Peresi SEVİNDİRMƏK  istəyir

Mbappe Peresi SEVİNDİRMƏK istəyir

18 iyul 2024 , 21:21
“Everton”un  əfsanəsi   “Liverpul”da 

“Everton”un əfsanəsi “Liverpul”da 

18 iyul 2024 , 19:51
Türkiyə Futbol Federasiyasınin yeni prezidenti  seçildi

Türkiyə Futbol Federasiyasınin yeni prezidenti seçildi

18 iyul 2024 , 19:47