Braziliyalıya ön çarpaz bağın zədələnməsi, həmçinin menisküsün cırılması diaqnozu qoyulub.
31 yaşlı Neymar 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində dizindən zədələnib. Braziliya millisi həmin görüşdə Uruqvaya 0:2 hesabı ilə uduzub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, noyabrın 2-də Neymar Braziliyanın Belu-Oorizonti şəhərində əməliyyat olunub və 6 aydan çox buraxacaq.
Hücumçunu Braziliya millisinin və "Atletiko Mineyro"nun cərrahı Rodriqo Lasmar əməliyyat edib.
Sağalmanın dəqiq şərtləri açıqlanmayıb, lakin ESPN-in verdiyi məlumata görə, Braziliya Futbol Federasiyası hesab edir ki, “Əl-Hilal”ın oyunçusu iyunun 20-də başlayacaq Amerika Kubokuna qayıda bilər. Turnir ABŞ-da baş tutacaq. Yarışda Cənubi Amerikadan 10 komanda ilə yanaşı, KONKAKAF zonasından da 6 komanda iştirak edəcək.
Daha əvvəl braziliyalının 10 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilirdi.