Neymar Braziliya millisindən getməyi düşünüb:  "5 gün ağladım"
20 iyul 2023 18:40 (UTC +04:00)

Neymar Braziliya millisindən getməyi düşünüb: "5 gün ağladım"

Neymar 2922-ci il dünya çempionatının 1/4 finalında Braziliyanın məğlubiyyətini karyerasında ən ağır an adlandırıb.

Lent.az xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Braziliya Xorvatiyaya penaltilər seriyasında uduzub. Əlavə vaxtda Neymar qol vursa da, sonra xorvatlar hesabı bərabərləşdirib.

“Beynimdən hansı fikirlərin keçdiyini deyə bilmərəm. Bu, karyeramın ən acı məğlubiyyəti idi. Beş gün dalbadal ağladım. Arzumun məhv olması məni çox incitdi.

Həyatımın ən pis anı idi. Dəfn mərasimi kimi idi: bir tərəfinizdə kimsə ağlayır, o biri tərəfinizdə başqası. Dəhşətli bir hiss idi və mən onu bir daha yaşamaq istəmirəm.

Düzünü desəm, dünya çempionatından sonra milli komandada oynamağa davam etmək istəmədim, amma sonra çox ac olduğum üçün fikrimi dəyişdim.

Dünya çempionatından sonra bir daha məğlubiyyət acısını yaşamaq, ailəmin necə əziyyət çəkdiyini görmək istəmədim - bu mənim üçün ağır yükdür. Amma yenə də bununla barışmalı olacaqlar. Bu, belə daha yaxşı olacaq, belə də olmalıdır”, - PSJ və Braziliya yığmasının hücumçusu müsahibəsində deyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833
avatar

Oxşar yazılar