Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.
Lent.az xəbər verir ki, ilin son turu iki oyunla tamamlanıb.
Əvvəlcə "Neftçi" və "Kəpəz" komandaları meydana çıxıblar. "Neftçi Arena"da keçirilən görüş "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində 8-ci dəqiqədə Azər Salahlı və 71-ci dəqiqədə Andre Şinyaşiki fərqləniblər.
Günün digər matçında "Zirə" ilə "Qarabağ" üz-üzə gəlib. Zirə Olimpiya İdman Kompleksində baş tutan matç "köhlən atlar"ın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Qonaqların qoluna 30-cu dəqiqədə Olavio Juninyo imza atıb.
Bu nəticələrdən sonra xallarını 41-ə çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. "Zirə" 29 xalla 2-ci, "Neftçi" 25 xalla 3-cü sırada qərarlaşıb. "Kəpəz" isə 14 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, turun digər oyunlarında "Qəbələ" "Sabah"ı, "Sumqayıt" "Səbail"i 1:0, "Turan Tovuz" isə "Araz-Naxçıvan"a 3:1 hesabı ilə məğlub edib.