Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Qarabağ”ın futbolçuları ilə görüşüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, səfir "Olimpik" Marsellə oyun öncəsi "Qarabağ" futbol klubuna uğurlar arzulayıb.
"Komandamıza inanır, meydanda dəstəkləyirik. Fransada yaşayan Azərbaycan icması da "Qarabağ"ımızın yanındadır", - diplomat bildirib.
Görüşdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib. Qeyd edək ki, “Velodrom”da keçiriləcək görüş matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu isə fevralın 24-də təşkil olunacaq.