"Napoli"nin hücumçusu PSJ-yə keçir
31 may 2024 09:57 (UTC +04:00)

"Napoli"nin hücumçusu PSJ-yə keçir

"Napoli"nin hücumçusu Xviça Kvaratsxeliya İtaliya klubunu tərk edərək PSJ-yə keçə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Kvaratsxeliya Fransa klubuna keçməyə razılıq verib. Lakin çox şey hələ öz oyunçusunu buraxmaq istəməyən "Napoli"nin mövqeyindən asılı olacaq. Qeyd olunur ki, Neapolitan klubu futbolçunun transferi üçün böyük ehtimalla 100 milyon avrodan çox təzminat tələb edəcək.

Bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 45 matçda iştirak edib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1170
avatar

Oxşar yazılar