İtaliya A Seriyasının 10-cu turunun "Napoli" - "Milan" oyunundan sonra kişi meyiti aşkarlanıb.
Lent.az bildirir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Cəsəd yerli vaxtla saat 2:00-dan sonra “Napoli” stadionunun yaxınlığındakı dayanacaqda tapılıb. Polisin məlumatına görə, kişi tribunalara daxil olmaq istəsə də, 20 metr hündürlükdən yıxılaraq ölüb. Onun 42 yaşı var idi.
"Napoli" - "Milan" görüşü 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Napoli"nin heyətində Matteo Politano və Cakomo Raspadori fərqlənib. Olivye Jiru "Milan"ın heyətində iki qola imza atıb.
10 oyundan sonra "Milan" 23 xalla üçüncü pillədə qərarlaşıb. “Napoli” 18 xalla dördüncü yerdədir.