Joze Mourinyo “Roma” ilə müqaviləni yeniləmək fikrində deyil.
Lent.az xarici mediaya istinadla bildirir ki, portuqaliyalı mütəxəssis özünü milli komandada sınamaq istəyir. Mourinyo İtaliya, İngiltərə və ya Braziliyadan gələn təklifləri nəzərdən keçirməyə hazırdır.
Qeyd olunur ki, “Roma”nın çalışdırıcısı yalnız kuboklar qazanmaq məqsədi daşıyan yığma ilə işləməkdə maraqlıdır.
Xatırladaq ki, Joze Mourinyo 2021-ci ilin iyulundan “Roma”da çıxış edir. 2021/2022 mövsümündə portuqaliyalı mütəxəssis komanda ilə Konfrans Liqasının qalibi olub. Məşhur məşqçinin İtaliya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.