İtaliyanın “Roma” klubunun baş məşqçisi Joze Mourinyo “qurdlar”ın çalışdırıcısı postundan mümkün istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Nə danışdığınızı bilmirəm. İyunun 30-na kimi müqaviləm var. Mən nə istədiyimi çox yaxşı bilirəm - əlimdən gələni “Roma”ya vermək. Mənim tərəfimdən heç bir problem yoxdur. "Roma"nın qalib gəldiyinə sevinirəm”, - Lent.az xaricimediaya istinadən bildirir ki, portuqaliyalı mütəxəssis deyib.
Mourinyo əlavə edib ki, uşaqlara azarkeşlərin, sahiblərin və hamımızın istədiyi nəticələrə nail olmaqda kömək etmək üçün buradadır: “Çünki "Roma" bizim həyatımızdır".
"Roma" son oyununda səfərdə "Kalyari"ni məğlub edib (4:1), buna qədər isə "Cenoa"ya eyni hesabla uduzub.
11 turdan sonra Mourinyonun komandası on xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.