Joze Mourinyo Səudiyyə Ərəbistanından iki təklif alıb.
Lent.az saytının məlumatına görə, bunu portuqaliyalı mütəxəssisin özü açıqlayıb.
Mourinyo bildirib ki, bu yay “Əl-Hilal” və “Əl-Əhli”nin baş məşqçisi postuna keçmək ehtimalı olub. Lakin “Roma”nın çalışdırıcısı indiki klubunda qalmağa qərar verib.