Mourinyo  “Çelsi”nin  paltardəyişmə otağında hansı təhlükə ilə  üzləşib? 
13 iyun 2024 19:36 (UTC +04:00)

Mourinyo  “Çelsi”nin  paltardəyişmə otağında hansı təhlükə ilə üzləşib? 

Avropanın bir sıra top klublarının keçmiş baş məşqçisi Joze Mourinyo bir dəfə "Çelsi"nin paltardəyişmə otağında az qala ayağını sındıracağından deyib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, portuqaliyalıdan soyunub-geyinmə otağında ən çox sevdiyi anı adlandırmağı xahiş etdilər və o, bunları söyləyib:

“Soyunub-geyinmə otağında ən çox sevdiyim anlardan biri fasilədə “Stemford Bric”də az qala ayağımı sındıracağım vaxt olub. Masaj masasına təpik vurmaq istədim və çox sərt bir şeyə dəydim. Baldır qoruyucularım yox idi (gülür) və az qala ayağımı sındıracaqdım”, - Mourinyo deyib.

Mourinyo 2004-2007 və 2013-2015-ci illərdə "Çelsi"ni çalışdırıb və komanda ilə 3 dəfə Premyer Liqa çempionu olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2172
avatar

Oxşar yazılar