Mourinyo bu millinin  baş məşqçisi   olacaq?
09 yanvar 2023 12:13 (UTC +04:00)

Mourinyo bu millinin baş məşqçisi olacaq?

Braziliyalı sabiq futbolçu Karlos Alberto etiraf edib ki, Joze Mourinyo millinin yeni baş məşqçisi ola bilər.

Lent.az bildirir ki, bu barədə xarici mətbuat xəbər verib. 

“İcazə verin birbaşa deyim. Ola bilsin ki, Mourinyo Braziliya millisinin yeni baş məşqçisi olacaq. Bu xəbəri açıq şəkildə sizinlə paylaşıram. O, məndən də onun məşqçilər korpusuna daxil olmağımı istədi”, - Alberto vurğulayıb.

Xatırladaq ki, komandanın sabiq çalışdırıcısı Tite olub, onun rəhbərliyi altında braziliyalılar DÇ-2022-nin 1/4 finalına çıxıb və Xorvatiyaya penaltilər seriyasında məğlub olublar.

Braziliyanın turniri tərk etməsindən sonra Tite komandadan ayrıldığını açıqlayıb.

Mourinyo İtaliyanın “Roma” klubunun hazırkı baş məşqçisidir. Daha əvvəl onu dünya çempionatından sonra məşqçisiz qalan Portuqaliya millisinə rəhbərlik edəcəyi bildirilirdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2652
avatar

Oxşar yazılar