Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nəzərov Almaniyada ardıcıl 2-ci oyunda da qol vurub.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, Almaniya 3-cü liqasında XIX turun oyunları keçirilib. Nəzərovun formasını geyindiyi “Ertsqebirqe” “Bayroyt”u qəbul edib. Aue təmsilçisi qonaqları darmadağın edib – 4:0.
Nəzərov da bu matçin iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 45+1-ci dəqiqədə sarı vərəqə alıb, 76-cı dəqiqədə isə komandasının sonuncu qoluna imza atıb. Ötən tur "İnqolştadt"a da penaltidən qol vurmuş Nəzərov bu matçdakı qoldan 1 dəqiqə sonra bolqar əsilli ukraynalı Boris Taşşi ilə əvəzlənib.
Qeyd edək ki, “Ertsqebirqe” hazırda 20 xalla 14-cü pillədə qərarlaşıb.