“Neftçi” qış fasiləsində ilk transferini həyata keçirib.
Apasport.az xəbər verir ki, paytaxt klubu “Keşlə”nin müdafiəçisi Azər Salahlını heyətinə qatdığını rəsmi saytı vasitəsilə açıqlayıb.
Azərbaycan millisinin üzvü son çempionla 2,5 illik müqavilə bağlanıb. 27 yaşlı müdafiəçi yeni komandasında 19 nömrəli formanı geyinəcək. Bu formanı “Neftçi”də əks tərəfə icarəyə verilən Fəhmin Muradbəyli geyinirdi.
Qeyd edək ki, Azər Salahlı karyerası ərzində “Keşlə” (2012-2015, 2018-2021), “Qarabağ” (2015-2017) və “Sumqayıt”da (2016-2018) çıxış edib.