“Milan” sahibi dəyişdikdən sonra transferlərə daha çox pul xərcləyə bilər.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Bəhreyndə yerləşən “Investcorp” investisiya şirkəti İtaliya klubunu təxminən 1 milyard avroya “Elliott Management”dən almaq üçün danışıqlar aparır.
Ərəb investisiya fondu “rossonyerlər”in səhmlərinə sahib çıxarsa, yeni transferlər üçün 300 milyon avro ayıracaq. Bu isə o deməkdir ki, A seriyası klubu maraqlandığı “Ayaks”ın hücumçusu Sebastyan Alle, “Leypsiq”in yarımmüdafiəçisi Kristofer Nkunku, “Roma”nın orta sahə oyunçusu Nikolo Zaniolo və “Monako”nun yarımmüdafiəçisi Aurelien Tçuamenini transfer etmək üçün büdcə formalaşdıra biləcək.