“Milan”ın ulduzu “Çelsi”yə keçə bilər:  transfer qiyməti məlumdur
04 iyun 2025 18:12 (UTC +04:00)

“Milan”ın ulduzu “Çelsi”yə keçə bilər: transfer qiyməti məlumdur

"Çelsi" Fransa millisinin qapıçısı Mayk Menyanın qiymətini öyrənib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, İtaliyanın “Milan” klubu qapıçı üçün təxminən 30 milyon avro almaq istəyir.

Qeyd edilir ki, yay transfer pəncərəsi “rossonerilər” üçün Menyanın satışından pul qazanmaq üçün son şans ola bilər. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir, lakin tərəflər hələ ki müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilməyiblər.

28 yaşlı fransalı 2024/25 mövsümündə bütün turnirlərdə 53 oyun keçirib, 59 qol buraxıb. “Milan”da keçirdiyi 4 mövsüm ərzində o, müdafiədə əsas fiqur olub. Xatırladaq ki, 2021-ci ilin yayında klub onu "Lill"dən 16 milyon avroya alıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar