“Milan”ın öz stadionu olmalıdır.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, bunu klubun yeni sahibləri istəyir.
“İnvestcorp” investisiya şirkəti İtaliya təmsilçisinin alqı-satqısını yaxın günlərdə yekunlaşdıracaq. Bu, 1,18 milyard avroya gerçəkləşəcək.
Şirkətin rəhbəri Məhəmməd Alardi klubun özünün yeni stadionu olması qənaətindədir. O, “San-Siro”nu “İnter”lə bölüşməyin əleyhinədir. Bu üzdən şirkət yeni arenanın inşasını planlaşdırır.